Hökumətin qərarı ilə müvafiq aviaşirkətlər tərəfindən vaxtında geri qayıtması təmin edilə bilməyən Gürcüstan vətəndaşları üçün xüsusi reyslər həyata keçiriləcək
Hökumətin qərarı ilə müvafiq aviaşirkətlər tərəfindən vaxtında geri qayıtması təmin edilə bilməyən Gürcüstan vətəndaşları üçün xüsusi reyslər həyata keçiriləcək, – bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayır.
“Yaxın Şərq regionunda mövcud vəziyyət və bir sıra ölkələrin hava məkanının bağlanması nəticəsində yaranan səyahət məhdudiyyətləri nəzərə alınmaqla, Gürcüstana qayıtması müvafiq aviaşirkətlər tərəfindən vaxtında təmin olunmayan Gürcüstan vətəndaşları üçün Gürcüstan hökumətinin qərarı ilə xüsusi reyslər həyata keçiriləcək: Maskat (Oman Sultanlığı) – Tbilisi (Gürcüstan) – 03.03.2026 | 19:00 (yerli vaxtla); 05.03.2026 | 19:00 (yerli vaxtla).
Ər-Riyad (Səudiyyə Ərəbistanı) – Tbilisi (Gürcüstan) – 04.03.2026 | 19:00 (yerli vaxtla).
Gürcüstana səyahət etmək istəyən Gürcüstan vətəndaşları müvafiq Gürcüstan səfirlikləri ilə əlaqə saxlaya bilərlər:
Birləşmiş Ərəb Əmirliklərindəki (Əbu-Dabi) Gürcüstan səfirliyi: qaynar xətt (24/7): +971 54 2324 335; Telefon: +971 2 553 36 83; Elektron poçt: [email protected]
Qətər Dövlətindəki (Doha) Gürcüstan səfirliyi: qaynar xətt (24/7): +974 52 098 071; Telefon: +974 44 739 499; Elektron poçt: [email protected].
Fürsətdən istifadə edərək, vətəndaşlara göstərdikləri dəstəyə və qayğıya görə Birləşmiş Ərəb Əmirliklərinə və Qətərə xüsusi minnətdarlığımızı bildirmək istəyirik”, – Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib.