Mütəxəssislər vətəndaşlara müraciət edirlər ki, necə narkotik, eləcədə digər bilinməyən maddələrin istifadəsindən baş qaçırdsınlar
Yüksək narkotik dozasından zəhərlənmə hallarına reaksiya məqsədi olaraq, Gürcüstanın Səhiyyə Nazirliyində struktur birləşmələrinin və sahə ekspertlərinin iştirak etdiyi görüş keçirildi.
Görüşdə “klub narkotik”-lərinin istifadəsinə görə həyatını itirən şəxslərin ailələrinə baş sağlığı verildi.
Sahə mütəxəssisləri ictimaiyyətə yenə bir dəfə müraciət etdilər ki, bilinməyən maddələrdən istifadə etməsinlər, çünki adı “klub narkotiki” olan naməlum maddələrin zərəri gerçək narkotikdən belə daha güclü ola bilər.
Qeyd edilməlidir ki, qlobal fondun və nazirliyin dəstəyi ilə, “zərərin azaldılması şəbəkəsi” 2009-cu ildən, narkotik bağımlısı olan şəxsləri “Nalokson”-la təmin edir (ildə təqribən 12 000 ampula).
Eyni zamanda, Gürcüstanda narkotik bağımlısı olan şəxslərə “Buprenorpin-Nalokson”-la əvəz edici terapiya keçirilir” – deyilir Nazirliyin bəyanatında.
İdarənin məlumatına görə, görüşdə narkotikin yüksək dozasından zəhərlənmə hallarının prevensiyası yolları haqqında müzakirə aparıldı və həmçinin, vətəndaşlara bilinməyən maddələrdən uzaq olmaları üçün müraciət edildi.