Müstəqillik Günü ilə əlaqədar Sevilyadakı tarixi Alkazar qalası Gürcüstan bayrağının rəngləri ilə işıqlandırılıb
Müstəqillik Günü ilə əlaqədar İspaniyanın Sevilya şəhərinin ən qədim hissəsində yerləşən tarixi alkasar qalası Gürcüstan bayrağının rəngləri ilə işıqlandırılıb.
Dünyanın müxtəlif ölkələrində Gürcüstanın səfirliklərinin təşkilatçılığı ilə Müstəqillik Gününün qeyd olunması başlayıb. Gürcüstanın diplomatik nümayəndəlikləri bu günü müxtəlif tədbirlərlə qeyd edirlər.
Müstəqillik Günü Gürcüstan səfirliklərinin təşkilatçılığı ilə dünyanın 50-dən çox şəhərində qeyd olunur.
Milli Günü qeyd etmək üçün Braziliyada Rio-de-Janeyronun əsas simvolu olan Məsihin heykəli artıq Gürcüstan bayrağının rəngləri ilə işıqlandırılıb.