Münxen Təhlükəsizliyi Konfransı çərçivəsində Gürcüstana xüsusi tədbir həsr olundu
Gürcüstan öz effektli demokratik idarəçiliyi, qanunun aliliyi, fəal siyasi həyatı, mətbuat azadlığı, iqtisadi dinamika, sərmayədarlar üçün əlverişli mühit və korrupsiyanın aşağı səviyyəsi ilə fəxr edir, – bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Münxendə, təhlükəsizliyin 54-cü konfransı çərçivəsində Gürcüstana həsr olunmuş xüsusi tədbirdə nitqlə çıxış edərkən bəyan etdi.
Gürcüstanın baş naziri Gürcüstanın Avropa və Avro Atlantik yolunda nailiyyətlərindən başqa, siyasət və ədəbiyyat barəsində danışdı.
Baş nazir qeyd etdi ki, korrupsiyanın aşağı səviyyəsi ilə Gürcüstan bəzi Avropa ölkəsindən irəlidədir; 2017-ci ilin süntyabrında isə Gürcüstan qalobal çoxmilli təşəbbüs – açıq idarəçilik partnyorluğunun sədrliyini təhvil aldı. Ölkə bununla fəxr edir.
Baş nazirin bəyanatına görə, Avropa İttiqafı ilə ambisiyalı assosiyasiya razılığı və azad ticarət məkanı haqqında razılaşmanın effektli həyata keçirilməsi Gürcüstan hökumətinin əsas prioriteti oplaraq qalmaqdadır.
Giorgi Kvirikaşvili Gürcüstanın transformasiyasının son göstəriciləri barəsində təffəruatlı söhbət etdi. Onun bəyan etdiyinə görə, gürcüstan Frankfurt Kitab Sərgisində fəxri qonaq statusunu çox qiymətləndirir.
Gürcüstana həsr olunmuş xüsusi tədbir Münxen Təhlükəsizliyi Konfransının həmtəçkilatçılığı ilə keçirildi. Diskusiyada gürcüstan hökumətinin üzvləri və gürcü müəllifləri iştirak edirdilər.