Münxendə Təhlükəsizlik Konfransına paralel olaraq İran rejiminin əleyhdarları toplaşıblar
Münxendə Təhlükəsizlik Konfransına paralel olaraq İran rejiminin əleyhdarları toplaşıblar

Münxendə, Təhlükəsizlik Konfransına paralel olaraq İran rejiminin əleyhdarları toplaşıblar.

Şəhərdə tədbirin keçirildiyi yerdə, Teresienvizedə fəallar səhərdən toplaşırdılar.

Fəallar əllərində İran şahının oğlu Rza Pəhləvinin plakatlarını, eləcə də şah dövrünün bayraqlarını və etiraz aksiyası zamanı həlak olanların şəkillərini tuturdular. Nümayişçilər bildirirdilər ki, dünya İran xalqına kömək etmək üçün daha çox iş görməlidir.

Məlumat üçün bildirək ki, İran şahının oğlu Rza Pəhləvi də Münxendə keçirilən təhlükəsizlik konfransında iştirak edir.