Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Maka Boçorişvili Özbəkistan Respublikasının Xarici İşlər Naziri ilə görüşüb
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Maka Boçorişvili Özbəkistan Respublikasının Xarici İşlər Naziri ilə görüşüb

13 fevral 2026-cı il tarixində Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Gürcüstanın Xarici İşlər Naziri Maka Boçorişvili ilə Özbəkistan Respublikasının Xarici İşlər Naziri Bəxtiyor Saidov arasında görüş keçirilib.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

“Söhbət zamanı ölkələr arasında münasibətlərin dərinləşdirilməsi və yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin əhəmiyyətinə toxunulub. İki ölkə arasında ticarət-iqtisadi əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetirilib. Tərəflər “Orta Dəhliz”in inkişafı prosesində Gürcüstan və Özbəkistan arasında birgə əməkdaşlığın vacibliyini vurğulayıblar”, – deyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub.