Münhen hava limanının yaxınlığında dronların görünməsi səbəbilə hava limanı uçuşları dayandırıb
Münhen hava limanının yaxınlığında dronların görünməsi səbəbilə hava limanı uçuşları dayandırıb.
Münhen Hava Limanının veb səhifəsində dərc olunan bəyanatda 17 reysin ləğv edildiyi, 3 000 nəfərin isə səfərinin gecikdiyi bildirilib.
Bununla yanaşı, hava limanından daha 15 reys Ştutqart, Nürnberq, Vyana və Frankfurta yönləndirilib.
Hava limanının bu gün açılacağı gözlənilir.
Xatırladaq ki, ötən həftə dronların görünməsi səbəbindən Daniya və Norveçdə hava limanları müvəqqəti bağlanıb.