Münhen hava limanı fəaliyyətini bərpa edib
Münhen hava limanı fəaliyyətini bərpa edib

Münhen hava limanı fəaliyyətini bərpa edib. Bu barədə “BBC” məlumat yayır.

Almaniyanın Lufthansa aviaşirkətinin nümayəndəsi bildirib ki, uçuşlar artıq bərpa olunub və hava limanı adi rejimdə fəaliyyət göstərir.

Məlumat üçün, Münhen hava limanının yaxınlığında dronların görünməsi səbəbindən hava limanı uçuşları bir neçə saatlıq dayandırdı. Münhen hava limanının rəsmi veb səhifəsində yayımlanan bəyanatda qeyd olundu ki, 17 reys ləğv olunub və 3 000 nəfərin səyahəti gecikib. Bununla yanaşı, hava limanından 15 aviareys Ştutqart, Nürnberq, Vyana və Frankfurt şəhərlərinə yönləndirilib.