Müxalifətin Rustaveli prospektində təşkil etdiyi aksiyada Avropa İttifaqının 8 ölkəsinin parlamentlərinin xarici əlaqələr komitələrinin sədrləri iştirak edib
Müxalifətin Rustaveli prospektində təşkil etdiyi aksiyada Avropa İttifaqının 8 ölkəsinin parlamentlərinin xarici əlaqələr komitələrinin sədrləri iştirak edib

Müxalifətin Rustaveli prospektində, parlament binası qarşısında təşkil etdiyi aksiyada Avropa İttifaqına üzv olan 8 ölkənin parlamentlərinin xarici əlaqələr komitələrinin sədrləri iştirak edib.

Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixail Rotti, Estoniya Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Marko Mikkelson, Litva Seyminin Xarici Əlaqələr Komitəsinin sədri Jigimantas Pavilionisi, həmçinin, Finlandiya və Polşa parlamentlərinin nümayəndələri toplaşanlara müraciət etdilər.

Avropa İttifaqı ölkələrinin parlamentlərinin nümayəndələrinin çıxışlarından sonra Rustaveli prospektində Gürcüstanın və Avropa İttifaqının himnləri səsləndirilib.