Müxalifətin nümayəndələri "Xarici təsirin şəffaflığı" qanununa qarşı şikayət ərizəsini Konstitusiya Məhkəməsinə təqdim edirlər
Müxalifətin nümayəndələri "Xarici təsirin şəffaflığı" qanununa qarşı şikayət ərizəsini Konstitusiya Məhkəməsinə təqdim edirlər

 
Parlament müxalifətinin nümayəndələri “Xarici təsirin şəffaflığı haqqında” qanuna qarşı şikayət ərizəsini Konstitusiya Məhkəməsinə təqdim edirlər.

Deputatlar sözügedən qanunun ləğv edilməsini tələb edirlər. Xüsusilə, Konstitusiyanın 22-ci və 78-ci maddələri ilə müvafiqlik məsələsi şikayət edilir.

Müxalifət nümayəndələri şikayət ərizəsini parlamentdə, deputat Tamar Kordzaianın kabinetində imzalayırlar.

İmzalanma prosesi mediaya qapalıdır. Görüşdən çıxan müxalifətçilər bunun ən azı etiraz aktı olacağını bildirirlər.

Mövcud məlumata əsasən, imzalanma prosesi təxminən iki gün boyu davam edəcək.

Tamar Kordzaia müxalifət adından sənədin yekun variantını Konstitusiya Məhkəməsinə təqdim edəcək.