Müxalifətin nümayəndələri parlament boykotunu davam etdirirlər
Müxalifətin nümayəndələri parlament boykotunu davam etdirirlər

 
Müxalifətin bir hissəsi Gürcüstan Parlamentinin bu gün açılan payız sessiyasını boykot edir.

Parlamentin vitse-spikeri Qia Volskinin bəyan etdiyi kimi, Tamar Çarkviani, Tamar Kordzaia, Qriqol Vaşadze, Aleko Elisaşvili, Davit Bakradze, Armaz Axvlediani və Salome Samadaşvili Gürcüstan Parlamentinin 3-6 sentyabr tarixlərində plenar iclasında iştirak etməmələri ilə bağlı parlamentin bürosuna müraciət ediblər.

“Vahid Milli Hərəkat – Güc Birlikdədir”, “İslahatlar Qrupu”, “Lelo”, “Avrooptimistlər”, “Azadlıq”, “Milli və Demokratik Dövlət Uğrunda” partiyaları boykot rejimində qalır.