Müxalifət Xuan Quaidonun Venesuelanın müvəqqəti prezidenti vəzifəsindən azad edilməsini dəstəkləyib
Venesuelanın Müxalifət Milli Assambleyası Xuan Quaidonun müvəqqəti prezident vəzifəsindən azad edilməsini və hökuməti istefaya buraxmağı dəstəkləyib. Bu barədə “Reuters” agentliyi məlumat yayır.
Dörd əsas müxalifət qrupundan üçü Quaidonun vəzifəsindən azad edilməsini dəstəkləyib.
Qeyd etmək lazımdır ki, Quaido qanunvericiləri müvəqqəti hökuməti istefaya göndərmək əvəzinə onu müvəqqəti prezident vəzifəsinə başqa namizədlə əvəzləməyə çağırıb.
2018-ci ildə müxalifət Nikolas Maduronun qələbəsi ilə nəticələnən prezident seçkilərini boykot etdi. 2019-cu ilin əvvəlində o vaxt Venesuela Milli Assambleyasının prezidenti olan Xuan Quaido özünü ölkənin müvəqqəti prezidenti elan edib. O, ABŞ və onlarla başqa ölkə, o cümlədən Gürcüstan tərəfindən dəstəklənib.