Müctəba Xamenei – ABŞ-ın kriminal rəhbərləri və qeyri-legitim sionist rejimi bütün İslam cəmiyyətinə qarşı düşmən mövqedədirlər

15:09, 30.08.2026

“İRNA” nəşri İranın dini liderinin açıq məktubunu dərc edib. Müctəba Xamenei məktubu Məhəmməd peyğəmbərin doğum günü münasibətilə yayıb.

“Bu gün müsəlmanlar olduqca təsirli, həlledici rol oynaya bilərlər. Bu gün, haqqın nahaqqa, İslamın isə küfrə qarşı yekun zəfəri perspektivinin reallığa çevrilməsinə hər zamankından daha çox yaxınlaşdığı bir dövrdür”, – Müctəba Xameneinin məktubunda yazılıb.

Məktubda İranın dini lideri həmçinin deyir ki, İslam cəmiyyəti “küfrə qarşı” Quran prinsiplərini möhkəm qorumalıdır. Onun sözlərinə görə, ABŞ İslam cəmiyyətinin düşmənidir.

“ABŞ-ın kriminal rəhbərləri və qeyri-legitim sionist rejimi bu birliyin və dostluğun qatı düşmənləridir. Onlar təkcə İslam Respublikasının, İran xalqının və böyük İslam müqaviməti cəbhəsinin düşmənləri deyil, həm də Qərbi Asiya və Şimali Afrika ölkələri daxil olmaqla, bütün İslam cəmiyyətinə qarşı düşmən mövqedədirlər”, – bəyanatda yazılıb.

Məlumat üçün bildirək ki, Müctəba Xamenei 28 fevralda müharibə başlayandan bəri bir dəfə ortaya çıxıb. 9 avqustda İran mediası ruhani lider Müctəba Xameneinin bir neçə nəfərlə birlikdə çəkilmiş video görüntülərini yayıb.

Oxşar