“Müharibə Tədqiqatı İnstitutu” – Ukrayna qüvvələri son 24 saatda Liman ətrafında və Xerson vilayətində əhəmiyyətli irəliləyişlər əldə edib
Ukrayna qüvvələri son 24 saatda Liman ətrafında və Xerson vilayətində əhəmiyyətli irəliləyişlər əldə edib. Bu barədə Amerikanın Müharibə Tədqiqatı İnstitutu məlumat yayır.
Eyni zamanda, institutun analitikləri qeyd edirlər ki, cəbhənin bu ərazilərində məğlub olan rus bölmələri əvvəllər Rusiya ordusunda ən yaxşı birləşmələrdən biri hesab olunurdu. Liman halında söhbət Rusiya Qvardiyasının 141-ci motoatıcı alayından, Xerson vilayəti halında isə 76-cı hava-desant alayından gedir.
İnstitut tərəfindən verilən məlumatda bildirilir ki, geolokasiya görüntüləri Ukrayna qüvvələrinin Limandan şərqdə irəliləyişini davam etdirdiyini və Kremina istiqamətində Luqansk vilayətinin sərhədini yarmış ola biləcəyini göstərir.
Müharibə Tədqiqatı İnstitutu rus mənbələrinə istinadən yazır ki, Rusiya prezidenti Vladimir Putin Xarkov vilayətində Rusiya qüvvələrinin uğursuzluğuna görə məsuliyyəti başqasına yükləməyə çalışır və bunun üçün o, Müdafiə Nazirliyində kadr dəyişikliklərindən istifadə edir.