"Mühafizə olunan ərazilər haqqında" qanuna edilən dəyişikliklərə əsasən, Qardabani təbiət qoruğunun ərazisi artır
Qardabani təbiət qoruğunun ərazisi artır. Müvafiq dəyişikliklər bu gün parlamentə təqdim edilən “Mühafizə olunan ərazilər haqqında” qanunda öz əksini tapıb.
Qanun layihəsində qeyd olunub ki, Qardabani təbiət qoruğunun ərazisi Kür çayının sol sahilində yerləşən tuqay meşəsi ərazisinin hesabına artır.
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin izahatına görə, sözügedən ərazi tuqay meşəsinin ekosistemidir.
Qanun layihəsində bildirilir ki, Qardabani təbiət qoruğunun ərazisi 42,3 hektar artacaq.