Mühafizə olunan ərazilər agentliyi Yaponiyada keçirilən beynəlxalq sərgidə iştirak edib
Mühafizə olunan ərazilər agentliyi Yaponiyada keçirilən “Tourism Expo Japan 2025” beynəlxalq sərgisində iştirak edib. Bu barədə Mühafizə olunan ərazilər agentliyi məlumat yayır.
Agentliyin məlumatına görə, sərgidə iştirakçılar və ziyarətçilər Gürcüstanın mühafizə olunan ərazilərinin ekoturizm və macəra istiqamətləri ilə tanış olublar, Gürcüstanın mühafizə olunan əraziləri barədə məlumat əldə ediblər.
“Beynəlxalq sərgi “Tourism Expo Japan” turizm sahəsində Yaponiya’nın ən böyük sərgilərindən biridir və dünyanın onlarla ölkəsini və yüzlərlə turizm şirkətini bir araya gətirir. Sərginin məqsədi qlobal turizmin inkişafına dəstək vermək, yeni tərəfdaşlıqlar yaratmaq və mədəniyyətlərarası əlaqələri dərinləşdirməkdir. Hər il sərgiyə 120,000-dən çox ziyarətçi gəlir.
Yaponiyadan Gürcüstana gələn ziyarətçilərin sayı hər il artır. Gürcüstanın unikal təbiəti və mədəniyyəti yapon turistlərində xüsusi maraq doğurur. Mühafizə olunan ərazilər agentliyinin Yaponiya turizm sərgisində iştirakı milli parkların tanınmasının daha da artmasına və Gürcüstanın təbiət potensialı ilə maraqlanan ziyarətçilərin cəlb olunmasına töhfə verəcək”, – Mühafizə olunan ərazilər agentliyinin yaydığı məlumatda deyilib.