Müğənni Gio Xutsişvili vəfat etdi
Müğənni Gio Xutsişvili vəfat etdi

56 yaşında, ağır xəstəlik nəticəsində, müğənni və aktyor, Gio Xutsişvili vəfat etdi. Bu barədə məlumatı Birinci Kanala müğənninin yaxınları təsdiq etdilər.

Səhnə kariyerasından başqa, Gio Xutsişvili 10-ə qədər filmdə çəkilib, o cümlədən “Sikvarulu Kvelas Unda” (sevgini hamı istəyir), “Xareba da Qoqiya” (Xareba və Qoqiya),  “Tbilisi Çemi Saxlia” (Tbilisi mənim evimdir) filmlərində.

Bir neçə gün bundan əvvəl, Tbilisi Konsert Salonu önündə, Gio Xutsişvilinin adına ulduz açıldı.