Müdafiə və təhlükəsizlik komitəsinin nümayəndə heyəti Türkiyə parlamentinin daxili işlər komitəsinin sədri ilə görüşüb
Parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Aleksandre Tabatadze, komitə nümayəndə heyətinin üzvləri ilə birlikdə, Türkiyə Parlamentinin Daxili İşlər Komitəsinin sədri Süleyman Soylu ilə görüşüb.
Görüşdə tərəflər Gürcüstan və Türkiyə Respublikası arasında strateji əməkdaşlığın əsas istiqamətləri barədə danışıblar. Onlar bölgədə mövcud təhlükəsizlik vəziyyətini müzakirə ediblər. Bu baxımdan, ümumi çağırışlar və təhlükələrlə mübarizə aparmaq üçün təhlükəsizlik sahəsində sıx əməkdaşlığın əhəmiyyəti vurğulanib.
Tərəflər iki ölkə arasında hüquq-mühafizə sahəsində əməkdaşlığı müzakirə ediblər və Türkiyə və Gürcüstanın müvafiq qurumları arasında sıx əlaqələrin vacibliyini vurğulayıblar.
Görüş zamanı Aleksandre Tabatadze qeyd edib ki, gürcü tərəfi Türkiyə hakimiyyətinin Gürcüstanın suverenliyi və ərazi bütövlüyü və Avro-Atlantik inteqrasiyaya göstərdiyi qəti mövqeyini və sarsılmaz dəstəyini qiymətləndirir.
Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.