Müdafiə Nazirliyinin məlumatına görə, Müdafiə Qüvvələrinin nümayəndələri altı istiqamətdə xilasetmə əməliyyatlarını davam etdirirlər
Fəlakətin nəticələrinin öhdəsindən gəlmək üçün Müdafiə Qüvvələri altı istiqamətdə xilasetmə əməliyyatlarına cəlb olunub.
Baş nazirin müavini və müdafiə naziri İrakli Çikovaninin qeyd etdiyi kimi, istiqamətlər məskunlaşan ərazilərin əhatə olunduğu əsas nöqtələri əks etdirir.
Nazirin söylədiyinə görə, güclü qarın yaratdığı problemlərin aradan qaldırılması prosesinə Saçxere Dağ Təlim Məktəbi, Qərb Komandirliyi və onlarla xüsusi texnika cəlb olunub.
İrakli Çikovaninin izah etdiyi kimi, Müdafiə Qüvvələri müəyyən yaşayış məntəqələrinə yol açmaq üçün müxtəlif munisipal xidmətə, Yollar Departamentinə və digər cəlb olunan qurumlara dəstək və yardım göstərir.
“Yol təmizləndikdən sonra əhalinin məskunlaşdığı ərazilərdə əsgərlər ilk növbədə ehtiyac olan ailələrə daxil olur və operativ şəkildə dərman və ya məhsul çatdırmağa çalışır”, – nazir qeyd edib.
İrakli Çikovaninin bildirdiyinə görə, Müdafiə qüvvələrinin nümayəndələri tərəfindən qərargahla daimi operativ əlaqə mövcuddur və qərargah diqqəti hara yönəltmək barədə tam məlumatla təmin olunur. O, hər bir yaşayış məntəqəsinə yardım edildikdən sonra daha bir yaşayış məntəqəsinə operativ şəkildə köməklik göstərildiyini, Müdafiə Qüvvələrinin nümayəndələrinin iki gündür ki, uğurla həyata keçirdiklərini və bol yağıntıya baxmayaraq, fəal şəkildə fəaliyyətini davam etdirdiyi faktını vurğulayıb.