Müdafiə Nazirliyində yaralanan və xəsarət alan hərbçilər idarə medalları ilə təltif olunublar
Gürcüstan Müdafiə Qüvvələrinin 35-ci ildönümü ilə əlaqədar avqust müharibəsində və beynəlxalq missiyalarda yaralanan və xəsarət alan hərbi qulluqçulara idarədaxili medallar və dəyərli hədiyyələr təqdim olunub.
Müdafiə nazirinin birinci müavini Paata Patiaşvili, müdafiə qüvvələrinin quruculuğu işində göstərdikləri xüsusi xidmətlərinə görə 10 hərbi qulluqçunu idarə medalı – “Gürcüstan Müdafiə Qüvvələri 35 yaşındadır” ilə təltif edib, hərbçilərin bir qisminə isə qiymətli hədiyyələr təqdim edib.
Paata Patiaşvili yaralanan və xəsarət alan hərbçilərə sədaqətli xidmətə görə təşəkkür edib və Gürcüstanın müdafiə naziri və nazirlik adından hərbçilərə və onların ailələrinə dəstəyini növbəti dəfə ifadə edib.
Nazirin birinci müavini yaralanan və xəsarət alan əsgərlərə qayğı göstərilməsi prosesində Müdafiə Nazirliyinin Sosial Məsələlər və Psixoloji Dəstək Departamenti ilə Tibb Departamentinin mühüm rolunu da qeyd edib.
Müdafiə Nazirliyi məlumat yayır.