Müdafiə Nazirliyi - Hərbçilər Quriada güclü qar nəticəsində yaranan problemlərin həllində əhaliyə fəal köməklik göstərirlər
Quria bölgəsində güclü qar nəticəsində yaranan problemlərin aradan qaldırılmasında Hərbi qulluqçularla birlikdə, Qərb komandirliyi hissələrinin hərbi həkimləri də fəal şəkildə iştirak edirlər.
Həkimlər koordinasiya qərargahından alınan tapşırıqları bir-biri ilə əlaqələndirərək dərhal reaksiya verir və vətəndaşlara köməklik göstərirlər.
Hərbi həkimlər təcili tibbi yardım həkimləri ilə birlikdə ehtiyacı olan vətəndaşlara yerindəcə ilkin tibbi yardım göstərir və sonra onları müvafiq tibb müəssisəsinə aparırlar.
Problemlərin mümkün qədər ən qısa müddətdə həlli üçün Müdafiə Qüvvələrinin şəxsi heyəti Quria Regional Koordinasiya Qərargahından alınan göstərişlərə uyğun olaraq fəaliyyət göstərir.
Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayır.