Müdafiə nazirinin müavini Cənub-Şərqi Avropanın Müdafiə Nazirləri görüşündə iştirak edib
Müdafiə nazirinin müavini Cənub-Şərqi Avropanın Müdafiə Nazirləri görüşündə iştirak edib

Gürcüstanın müdafiə nazirinin müavini Paata Patiaşvili Albaniyanın paytaxtı Tiranada keçirilən Cənub-Şərqi Avropa Müdafiə Nazirləri görüşündə (SEDM) iştirak edib.

Müdafiə Nazirliyinin məlumatına görə, nazirlər görüşü çərçivəsində birgə bəyanat imzalanıb, burada mühüm mövzularla yanaşı, Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstək ayrı bir məsələ kimi qeyd edilib və Rusiya Federasiyası tərəfindən Abxaziya və Tsxinvali bölgəsinin işğalının davam etməsi qınanıb.

Nazirlər görüşünün məqsədi bölgə ölkələri arasında əməkdaşlığı konsolidasiya etmək, bölgədə təhlükəsizliyi və sülhü təşviq etmək, həmçinin, bölgə ölkələrinin Avro-Atlantik strukturlara inteqrasiyasını təşviq etməkdir.

SEDM çərçivəsində müdafiə nazirlərinin görüşü hər il keçirilir. Cənub-Şərqi Avropa Müdafiə Nazirliyi 1996-cı ilin sentyabrında Tiranada (Albaniya) əsası qoyuldu. O, 16 ölkəni birləşdirir: Gürcüstan, ABŞ, İtaliya, Türkiyə, Albaniya, Rumıniya, Ukrayna, Moldova, Bolqarıstan, Bosniya-Herseqovina, Xorvatiya, Sloveniya, Serbiya, Yunanıstan, Monteneqro, Şimali Makedoniya.