Müdafiə nazirinin birinci müavini Paata Patiaşvili İspaniya Krallığında keçirilən Süni İntellekt üzrə Üçüncü Sammitdə (REAIM) iştirak edib
Gürcüstan müdafiə nazirinin birinci müavini İspaniyanın La Korunya şəhərində Hərbi Sahədə Məsuliyyətli Süni İntellekt üzrə Üçüncü Sammitdə (REAIM) iştirak edib.
Paata Patiaşvili sammitdə İspaniya Krallığının müdafiə naziri Marqarita Robles və Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq naziri Xose Manuel Albaresin dəvəti ilə iştirak edib.
Sammitdə çıxışı zamanı Müdafiə nazirinin birinci müavini Paata Patiaşvili müasir təhlükəsizlik mühitində süni intellektin əhəmiyyətini və onun istifadəsində məsuliyyətin vacibliyini vurğulayıb.
La Korunya sammiti dövlət, özəl və mülki sektor nümayəndələrinin hərbi sahədə süni intellektin istifadəsi ilə bağlı fikirlərini bölüşdüyü qlobal platformadır.
La Korunya Sammiti çərçivəsində Gürcüstan Müdafiə Nazirinin birinci müavini ispaniyalı həmkarı admiral Xuan Fransisko Martinez Nunez ilə görüşüb. Həmkarlar müdafiə sektorunda əməkdaşlıq məsələlərini və perspektivlərini müzakirə ediblər.
Gürcüstan Müdafiə Nazirliyi məlumat yayır.