Müasir texnologiylarla yaradılmış ilk gürcü "Xilasedicilər" cizgi serialı çap mediasında da dərc olunacaq
Müasir texnologiylarla yaradılmış ilk gürcü “Xilasedicilər” cizgi serialı çap mediasında da dərc olunacaq.
İctimai Yayımçı və “Zebra” nəşriyyatı arasında artıq müqavilə imzalandı ki, ona da əsasən “Zebra” on müxtəlif növ nəşr üzərində işləyəcək.
Nəşriyyatın rəhbərinin dediyinə görə, ilk mərhələdə, iki boyama albomu və aktivliklər kitabı dərc olunacaq. Aktivliklər kitabı idrak-əyləncəli olacaq və burada yeniyetmələr bulmacaları çözəcəklər və xilasedicilərin maraqlı tapşırıqlarını yerinə yetirəcəklər.
“Xilasedicilərin” vizual tərəfi çox xoşuma gəlir, bütün personajlar çox gözəldilər. Əsas bu layihənin idrak hissəsidir. Ümumxalq olaraq etiraf olunubdur ki, uşaq, biliyi oyunla daha asan mənimsəyir. Bizi çox maraqlı işlər gözləyir”, – “Zebra” nəşriyyatının rəhbəri bəyan edir.
“Xilasedicilər” efirə çıxana qədər böyük əks səda ilə qarşılandı. İlk gürcü 3D çizgi serialının yaradılmasının məlumatı yayılan andan, layihə ilə müxtəlif nəşriyyatlar maraqlandılar. Gürcüstanın Birinci Kanalı seçimini “Zebra” nəşriyyatı üzərində dayandırdı.
İctimai Yayımçının baş direktorunun dediyinə görə, İctimai Yayımçı üçün xaric sənayesinin inkişafı önəmlidir. Məhz elə buna görə, əməkdaşlıq üçün balaca studiyanı seçdilər. Studiya artıq 12 ildir, konkret olaraq uşaq kitablarını nəşr edir, müxtəlif beynəlxalq təşkilatlarla, o cümlədən “Universal” ilə əməkdaşlıq edir.
“Birinci Kanalın məqsədidir və 2021-2022-ci illərin strategiyası bu cürdür ki, biz yalnız bizim kontingentimizin hissəsində qalmırıq, həmçinin xaric sanyesinin inkişafına imkanlar yaradırıq. Bu sənaye yalnız televiziya deyil, eləcə də print sənayesidir. Kiçik studiya seçdik və ona bizim produktumuz ilə imkanlar yaradacağıq. Dəftərlərimiz, boyama albomları olacaq”, – Tinatin Berdzenişvili bəyan edir.
“Xilasedicilər” cizgi filmi presedentsiz layihədir ki, üzərində Gürcüstanın Birinci Kanalının sifarişi ilə, “Vest Animeyşn” studiyası işləyir.