Mtsxeta-Mtianeti polisi qəsdən adam öldürməyə cəhd ittihamı ilə bir nəfəri saxlayıb
Mtsxeta-Mtianeti polisi qəsdən adam öldürməyə cəhd ittihamı ilə bir nəfəri saxlayıb

Daxili İşlər Nazirliyinin Mtsxeta-Mtianeti Polis Departamentinin Dusheti Rayon İdarəsinin əməkdaşları həyata keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş Q. S.-nı qəsdən adam öldürməyə cəhd ittihamı ilə “isti izlər”lə saxlayıblar.

Cinayət 15 ilə qədər müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən Q. S. qarşılıqlı mübahisə zəminində həmkəndlisi, 2004-cü il təvəllüdlü M.X.-yə soyuq silahla bir neçə xəsarət yetirib və hadisə yerindən qaçaraq gizlənib. Yaralı gənc xəstəxanaya yerləşdirilib

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi cinayəti törətdikdən dərhal sonra həbs ediblər. Polis cinayəti törədilməsində istifadə olunan silahı – bıçağı sübut kimi götürüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə istintaq aparılır.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.