Mtsxeta-Mtianeti bölgəsində odlu silah, döyüş sursatı və partlayıcı maddənin qanunsuz əldə edilməsi və saxlanılması ittihamı ilə bir nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin Mtsxeta-Mtianeti Polis Departamentinin Saguramo Polisi və Duşeti Rayon Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, odlu silah, döyüş sursatı və partlayıcı maddələrin qanunsuz əldə edilməsi və saxlanılması ittihamı ilə 1963-cü il təvəllüdlü M. N. saxlanılıb.
Nazirliyin məlumatına görə, cinayət altı ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları operativ məlumat əsasında M. N.-nin şəxsi və yaşayış evində axtarış zamanı müxtəlif növ odlu silah və döyüş sursatı maddi sübut kimi götürülüb, xüsusi ilə: 2 581 ədəd silah patronu, 12 bağlama partlayıcı maddə – “trotil”, 15 ədəd partladıcı fitil, 15 ədəd patron darağı, 2 ədəd əl qumbarası və 1 ədəd pulemyot.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının apardığı istintaq hərəkətləri nəticəsində həmçinin, narkotik vasitələr qurudulmuş “marixuana”, psixotrop maddə və 6 ədəd “çətənə” bitkisi götürülüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü hissəsi, 265 və 273-cü əlavə maddələrinin birinci hissələri ilə aparılır”, – məlumatda qeyd edilib.