Mtsxetanın girişində, Kür çayında yerləşən körpünün yanında yeni körpünün tikintisi davam edir
Mtsxeta şəhərində, Kür çayı üzərində mövcud körpünün yanında yeni körpü inşa edilir. Layihə Avtomobil Yolları Departamenti tərəfindən həyata keçirilir.
Narekva-Mtsxeta-Dəmir Yolu Stansiyası avtomobil yolunun 6-cı kilometrində, Kür çayı üzərində hal-hazırda mövcud olan körpü 1926-cı ildə inşa edilib. Köhnə körpünün texniki vəziyyəti artıq müasir yük tələblərinə cavab vermirdi.
Yeni körpü Mtsxetanın memarlıq, estetik və tarixi tələblərinə tam uyğundur və nəqliyyatın sərbəst hərəkətini təmin edir. Körpünün tikintisi dövlət büdcəsindən maliyyələşdirilir, layihənin dəyəri təxminən 6.6 milyon lari təşkil edir. İşlər bu il tamamlanacaq.
Mtsxeta körpüsü Tbilisi tərəfdən şəhərlə əlaqə qurmağın yeganə yoludur. Bundan başqa, bu körpü vasitəsilə Mtsxeta şəhəri dəmir yolu stansiyasına və Zahesi-Mtsxeta-Kavtisxevi-Qori-Kareli-Osiauri avtomobil yoluna bağlanır. Tikili Mtsxetanın tarixi məhəlləsində, “Pompey Körpüsü” adlanan hissəsində yerləşir.
Məlumatı İnfrastruktur Nazirliyi yayır.