MSX - Yanvar-noyabr aylarında Gürcüstanda mal üzrə xarici ticarət dövriyyəsi 9,5 faiz artıb
Milli Statistika Xidmətinin göstəricilərinə görə, 2025-ci ilin yanvar-noyabr aylarında Gürcüstanda mal üzrə xarici ticarət dövriyyəsi (bəyan olunmamış ticarət istisna olmaqla) 23 218,1 milyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz çoxdur.
Belə ki, MSX-nın məlumatına görə, ixrac 6 618,1 milyon ABŞ dollarını təşkil edib, yəni 10,1 faiz artıb, idxal isə 16 600,0 milyon ABŞ dolları olub – artım 9,3 faiz təşkil edib.
Gürcüstanın mənfi ticarət balansı 2025-ci ilin yanvar-noyabr aylarında 9 981,9 milyon ABŞ dolları təşkil edib ki, bu da xarici ticarət dövriyyəsinin 43,0 faizini təşkil edir.
Bununla yanaşı, qurumun hesabatına əsasən, 2025-ci ilin yanvar-noyabr aylarında Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində on ən böyük ticarət tərəfdaşı ölkənin payı 68,3 faiz təşkil edib. Ölkənin ən böyük ticarət tərəfdaşları 2 798,4 milyon ABŞ dolları ilə Türkiyə, 2 590,5 milyon ABŞ dolları ilə ABŞ və 2 388,5 milyon ABŞ dolları ilə Rusiyadır.