Milli Statistika Xidmətinin ilkin giymətləndirməsinə əsasən, 2025-ci ilin sentyabr ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ümumi daxili məhsulun artımı 6,4 faiz təşkil edib, həmçinin 2025-ci ilin ilk doqquz ayının orta göstəricisi 7,7 faiz olaraq müəyyən olunub.
MSX-nın məlumatına görə, 2025-ci ilin sentyabr ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə istehsal, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət kimi sektorlar artıma mühüm töhfə verib.
Tikinti və enerji sektorlarında azalma tendensiyası müşahidə olunub.