MSX- Gürcüstanda nikahların və boşanmaların sayı 2024-cü ildə azalıb
MSX- Gürcüstanda nikahların və boşanmaların sayı 2024-cü ildə azalıb

Milli Statistika Xidmətinin göstəricilərinə görə, 2024-cü ildə Gürcüstanda 21 653 nikah qeydə alınıb ki, bu da əvvəlki ilin müvafiq göstəricisi ilə müqaisədə 2,8 faiz azdır.

İlk nikahın orta yaşı qadınlar üçün 29,9, kişilər üçün isə 32,2 ildir.

MXS-nın məlumatına görə, 2024-cü ildə qeydə alınan boşanmaların sayı 13 520 ədəd təşkil edib ki, bu da əvvəlki ilin müvafiq göstəricisindən 1,1 faiz azdır.