MSX - Gürcüstan iqtisadiyyatı yeddi ayda səkkiz faiz artıb
MSX - Gürcüstan iqtisadiyyatı yeddi ayda səkkiz faiz artıb

2025-ci ilin iyul ayında, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə, iqtisadiyyat 6.5 faiz artıb, 2025-ci ilin ilk yeddi ayının orta göstəricisi isə 8.0 faiz olaraq müəyyən edilib.

Bu barədə Milli Statistika Xidməti məlumat yayır.

İyul ayında, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə, artıma aşağıdakı sahələr mühüm töhfə verib: nəqliyyat və anbarlama, informasiya və kommunikasiya, istirahət və ticarət. Emal sənayesi və tikinti sektorlarında isə azalma tendensiyası müşahidə olunub.