MSX - Avropa İttifaqının metodologiyasına əsasən inflyasiyanın hesablanmasının nəticəsi sentyabr ayında 5.0 faiz təşkil edib
MSX - Avropa İttifaqının metodologiyasına əsasən inflyasiyanın hesablanmasının nəticəsi sentyabr ayında 5.0 faiz təşkil edib

Gürcüstanın Milli Statistika Xidməti 2022-ci ildən etibarən yeni göstərici — İstehlak Qiymətlərinin Uyğunlaşdırılmış İndeksini (HICP) dərc etməyə başlayıb.

MSX-nın məlumatına görə, bu metodologiyaya əsasən, 2025-ci ilin sentyabr ayında inflyasiya 5,0 faiz təşkil edib ki, bu da milli metodologiya ilə hesablanmış 4,8 faizlik inflyasiyadan 0,2 faiz bəndi çoxdur.

Ayrı-ayrı komponentlərə gəldikdə isə, Avropa İttifaqının HICP metodologiyasına əsasən, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə faiz dərəcəsində dəyişikliklər belə bölüşdürülür: Qida məhsulları və spirtsiz içkilər – 11.6%, spirtsiz içkilər və tütün – 4.0%, geyim və ayaqqabı – -0.9%, mənzil, su, elektrik enerjisi, qaz və digər yanacaq növləri – 1.0%, mebel, ev əşyaları və dekor, evin təmiri və baxımı – -3.4%, səhiyyə – 9.1%, nəqliyyat – -2.1%, rabitə – -2.7%, istirahət, əyləncə və mədəniyyət – 0.2%, təhsil – 2.4%, mehmanxanalar, kafelər və restoranlar – 6.1%, müxtəlif mallar və xidmət– 5.6%.