MSX - 2025-ci ilin ilk altı ayı ərzində Gürcüstanda 9 925 nikah və 6 256 boşanma qeydə alınıb
Gürcüstanın Milli Statistika Xidmətinin (MSX) ilkin məlumatlarına əsasən, 2025-ci ilin ilk altı ayı ərzində ölkədə 9 925 nikah və 6 456 boşanma halı qeydə alınıb.
Eyni zamanda, qurumun hesabatına görə, 2025-ci ilin yanvar-iyun aylarında diri doğulan körpələrin sayı 17 719 təşkil edib. Həmin dövrdə ölkədə 22 718 nəfər dünyasını dəyişib.
MSX-nın məlumatına əsasən, 2025-ci ilin birinci yarısında təbii artım (diri doğulanlarla ölənlərin sayı arasındakı fərq) -4 999 nəfər təşkil edib. Müsbət təbii artım göstəricisi yalnız Tbilisi şəhərində (406 nəfər) və Acara Muxtar Respublikasında (296 nəfər) qeydə alınıb.