MSX - 2025-ci ildə Gürcüstanda həm tikinti icazələrinin, həm də istifadəyə verilən obyektlərin sayı azalıb
Milli Statistika Xidmətinin rəsmi məlumatlarına görə, 2025-ci ildə Gürcüstanda 11.578 icazə verilib ki, bu da əvvəlki illə müqayisədə 4,2 faiz azdır.
Söhbət 11 397,2 min kvadrat metr sahəsi olan tikinti obyektlərinin inşasından gedir. MSX-nın məlumatına görə, icazələrin 70 faizindən çoxu ölkənin 4 bölgəsinə aiddir. Aparılacaq tikinti işlərinin 46,2 faizi Tbilisi, 10,1 faizi Kvemo Kartli, 9,8 faizi Kaxeti və 6,9 faizi Acara Muxtar Respublikasının payına düşür.
Qeyd etmək lazımdır ki, 2025-ci ildə çoxfunksiyalı yaşayış komplekslərinin, ticarət mərkəzlərinin, mehmanxanaların, sənaye müəssisələrinin, kənd təsərrüfatı təyinatlı obyektlərin və digər bina və qurğuların tikintisi üçün icazələr verilib.
Qurumun hesabatına görə, 2025-ci ildə istifadəyə verilən 3 393 obyektin ümumi sahəsi 3 509,1 min kvadrat metr olub ki, bu da əvvəlki illə müqayisədə 5,9 faiz azdır.
İstifadəyə verilən obyektlərin üçdə ikisindən çoxu ölkənin dörd bölgəsinin, yəni 34,4 faizi Tbilisi, 13,0 faizi Mtsxeta-Mtianeti bölgəsinin, 11,5 faizi Kaxeti bölgəsinin və 8,8 faizi Kvemo Kartli bölgəsinin payına düşür.