MSX - 2024-cü ildə əhalinin 18,1 faizi sosial yardım alırdı
MSX - 2024-cü ildə əhalinin 18,1 faizi sosial yardım alırdı

Milli Statistika Xidməti yaşayış üçün müavinət alan əhali barədə məlumat dərc edib. Söhbət 2024-cü ilin göstəricilərindən gedir.

MSX-nin hesabatından məlum olduğu kimi, ötən il 671,337 min nəfərə yaşayış müavinəti kimi tanınan ünvanlı sosial yardım verilirdi.

Bunlardan 222,618 min nəfər ictimai məşğulluğun təşviqi proqramına cəlb olunub.

Qurumun məlumatına görə, ümumilikdə, ötən il əhalinin 18,1 faizi müavinət alırdı, bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 0,4 faiz çoxdur.

2023-cü ildə ictimai məşğulluğun təşviqi proqramına 656 128 nəfər cəlb edilmişdi.