MSX - Yanvar ayında yerli ixrac 68,1 faizlə artıb
MSX - Yanvar ayında yerli ixrac 68,1 faizlə artıb

Milli Statistika Xidmətinin göstəricilərinə görə, 2026-cı ilin yanvar ayında Gürcüstandan həyata keçirilən mal ixracının həcmi (bəyan edilməmiş ixrac istisna olmaqla) 480,4 milyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19,0 faiz çoxdur.

MSX-nın məlumatına görə, reeksport istisna olmaqla, yerli ixrac ümumi ixracın 65,1 faizini təşkil edir. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 68,1 faiz artıb və 312,8 milyon ABŞ dollarına bərabər olub.

Qurumun hesabatına görə, 2026-cı ilin yanvar ayında Gürcüstanın ümumi yerli ixracında on ən böyük ölkənin payı 74,5 faiz təşkil edib. Bu baxımdan ən böyük ixrac tərəfdaşları 64,2 milyon ABŞ dollarla – Çin, 49,3 milyon ABŞ dollarla – Türkiyə və 34,8 milyon ABŞ dollarla Rusiyadır.

Bununla yanaşı, MSX-nın məlumatına görə, 2026-cı ilin yanvar ayında yerli ixracın ilk onluğu 56,2 milyon ABŞ dolları ilə neft və neft məhsulları ilə təmsil olunub və bu əmtəə qrupunun payı ümumi yerli ixracın 18,0 faizini təşkil edir. Qiymətli metal filizləri və konsentratları 51,0 milyon ABŞ dolları ilə ikinci yerdə, mis filizləri və konsentratları isə 24,0 milyon ABŞ dolları ilə üçüncü yerdədir.