Milli Statistika Xidmətinin göstəricilərinə görə, 2026-cı ilin yanvar-fevral aylarında Gürcüstandan mal ixracının həcmi (bəyan edilməmiş ixrac istisna olmaqla) 1 026,7 milyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 22,9 faizlə çoxdur.
MSX-nın məlumatına görə, yerli ixrac (təkrar ixrac olmadan) ümumi ixracın 64,3 faizini təşkil edir. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 70,0 faizlə artıb və 659,7 milyon ABŞ dolları təşkil edib.
Qurumun hesabatına görə, 2026-cı ilin yanvar-fevral aylarında Gürcüstanın ümumi daxili ixracında on ən böyük ölkənin payı 68,1 faiz təşkil edib. Bu baxımdan ən böyük ixrac tərəfdaşları 143,9 milyon ABŞ dolları ilə Çin, 84,9 milyon ABŞ dolları ilə Rusiya və 76,1 milyon ABŞ dolları ilə Türkiyədir.
Bununla yanaşı, MSX-nın məlumatına görə, 2026-cı ilin yanvar-fevral aylarında yerli ixracın ilk onluğunda birinci yeri 125,6 milyon ABŞ dolları ilə qiymətli metal filizləri və konsentratları tutur və bu məhsul qrupunun ümumi yerli ixracdakı payı 19,0 faiz təşkil edir. İkinci yerdə 88,1 milyon ABŞ dolları ilə neft və neft məhsulları qərarlaşıb, üçüncü yeri isə 34,2 milyon ABŞ dolları ilə fındıq və digər qoz-fındıq məhsulları tutur.