MSX - 2026-cı ilin birinci rübündə Tbilisi şəhərində yaşayış daşınmaz əmlak bazarında qiymət artımı müşahidə olunub
MSX - 2026-cı ilin birinci rübündə Tbilisi şəhərində yaşayış daşınmaz əmlak bazarında qiymət artımı müşahidə olunub

Milli Statistika Xidmətinin məlumatlarına görə, 2026-cı ilin birinci rübündə əvvəlki rüblə müqayisədə yaşayış təyinatlı daşınmaz əmlakın qiymət indeksi 1,8 faiz artıb, indeksin illik artımı isə 3,0 faiz təşkil edib. 2020-ci ilin orta göstəricisi ilə müqayisədə indeks 62,3 faiz yüksəlib.

Milli Statistika Xidmətinin məlumatına görə, yaşayış təyinatlı daşınmaz əmlakın qiymət indeksinin əhatə dairəsi yalnız Tbilisi ilə məhdudlaşır və həm çoxmərtəbəli binaların (mənzillərin), həm də fərdi yaşayış evlərinin seqmentləri üzrə yalnız yeni yaşayış daşınmaz əmlak bazarını əhatə edir.

Qurumun hesabatına görə, 2026-cı ilin birinci rübündə əvvəlki rüblə müqayisədə həm mənzillər seqmentində qiymətlərdə 2,0 faiz artım, həm də fərdi evlər seqmentində 1,1 faiz yüksəliş qeydə alınıb.

Bununla yanaşı, 2025-ci ilin birinci rübü ilə müqayisədə hər iki seqmentdə qiymət artımı qeydə alınıb – mənzillər üzrə 3,3 faiz, fərdi evlər üzrə isə 1,8 faiz.

Mənzil seqmentində kvadrat metrin qiymətinə gəldikdə isə, ən bahalı rayon Mtatsminda rayonudur, burada mənzilin kvadrat metrinin qiyməti 6814 lari təşkil edir. Daha sonra Vake gəlir, burada mənzilin kvadrat metrinin qiyməti 5958 laridir. Krtsanisi – 4465 lari; Saburtalo – 4333 lari; Çuğureti – 4268 lari; Didube – 4085 lari; Nadzaladevi – 3993 lari; İsani – 3948 lari; Qldani – 3775 lari; Samqori – 3651 lari.
Şəxsi evlər seqmentində Mtatsmindada kvadrat metrin qiyməti 4835 laridir. Vake – 4500 lari; Didube – 4242 lari; Saburtalo – 3471 lari; Çuğureti – 3249 lari; İsani – 3172 lari; Samqori – 3164 lari; Krtsanisi – 3164 lari; Qldani – 2596 lari; Nadzaladavi – 2594 lari.