MSK - Sentyabrın 4-dən ölkə miqyasında 3051 seçki məntəqəsi açılıb və fəaliyyət göstərir və seçici siyahısına edilən dəyişikliklə bağlı müraciətlər sentyabrın 16-da daxil olmaqla  mümkündür
MSK - Sentyabrın 4-dən ölkə miqyasında 3051 seçki məntəqəsi açılıb və fəaliyyət göstərir və seçici siyahısına edilən dəyişikliklə bağlı müraciətlər sentyabrın 16-da daxil olmaqla mümkündür

Sentyabrın 4-dən ölkə miqyasında 3051 seçki məntəqəsi açılıb və fəaliyyət göstərir, – bu barədə MSK-nın sözçüsü Natia İoseliani Mərkəzi Seçki Komissiyasında keçirdiyi brifinqdə bildirib.

Onun qeyd etdiyi kimi, seçki administrasiyası 4 oktyabrda keçiriləcək bələdiyyə orqanları seçkilərinə fəal hazırlıqları davam etdirir.

İoselianinin dediyinə görə, Məntəqə seçki komissiyalarının üzvləri artıq seçici vəsiqələrinin və məlumat flayerlərinin paylanmasına başlayıblar.

“Seçici siyahısında dəyişiklik edilməsi ilə bağlı müraciət 16 sentyabr da daxil olmaqla mümkündür. Seçicilərin seçki hüququndan maneəsiz və tam şəkildə istifadə edə bilmələri üçün, seçki administrasiyası bir daha seçicilərə müraciət edərək çağırış edir ki, öz məlumatlarını vaxtında yoxlasınlar və seçki məntəqələrinin harada yerləşdiyini öyrənsinlər.

Seçki Administrasiyası seçicilərə öz məlumatlarını vahid siyahıda yoxlamaq üçün bir sıra xidmətlər təklif edir. Məlumatların yoxlanılması voters.cec.gov.ge veb səhifəsində, sürətli ödəniş terminalları və mobil tətbiq vasitəsilə mümkündür.

Mobil tətbiqin xidmətindən istifadə etmək üçün “Voters Georgia – Cesko” tətbiqini yükləmək, müvafiq sahəyə şəxsi nömrə və soyad daxil etmək lazımdır. Daha sonra siz və ailə üzvləriniz haqqında məlumatlarla tanış ola, xəritə vasitəsilə seçki məntəqəsinin ünvanını görə və 4 oktyabrda harada səs verməli olduğunuzu öyrənə bilərsiniz.

Qeyd etmək lazımdır ki, etnik azlıqların kompakt şəkildə yaşadığı bölgələrdə yaşayan seçicilər öz məlumatlarını Mərkəzi Seçki Komissiyasının veb səhifəsində vahid seçici siyahısından azərbaycan və erməni dillərində yoxlaya bilərlər. Bu isə, öz növbəsində, bərabər imkanların təmin edilməsinin mühüm standartını təşkil edir.

Xatırladaq ki, səsvermədə iştirak etmək üçün seçicinin şəxsiyyətini təsdiq edən elektron şəxsiyyət vəsiqəsi və ya pasportu olmalıdır. Seçici səsvermədə yalnız qanunvericilik səviyyəsində nəzərdə tutulmuş istisna hallarda (məsələn, səhhətinə görə) verilmiş etibarlı qeyri-elektron şəxsiyyət vəsiqəsi ilə də iştirak edə bilər.

Bununla yanaşı, xatırladaq ki, daşıma seçki qutusu və uyğunlaşdırılmış/ əlçatan seçki məntəqəsinin tələb olunması proseduru ilə bağlı məlumat mövcuddur.

Seçici səhhətinə görə səsvermə məntəqəsinə gedə bilmədikdə, daşıma seçki qutusu vasitəsilə səsvermə üçün ən gec 23 sentyabra qədər seçki dairəsi komissiyasına müraciət etməlidir. Daşıma seçki qutusu vasitəsilə səsvermə prosesi saat 09:00-da başlayır və saat 19:00-da başa çatır. Daşıma seçki qutusundan istifadə edən seçicilər də qeydiyyata alınacaqlar.

Fiziki məhdudiyyətli seçici səlahiyyətlidir ki, aidiyyəti seçki dairəsi komissiyasının fəaliyyət göstərdiyi ərazidə yerləşən istənilən əlçatan seçki məntəqəsində iştirak etsin. O, əlçatan seçki məntəqəsinin tələb olunması məqsədi ilə ən gec 23 sentyabra qədər aidiyyəti seçki dairəsi və ya seçki məntəqəsi komissiyasına yazılı və ya şifahi müraciət etməlidir. Əlçatan seçki məntəqələri ilə bağlı yenilənmiş məlumatlar Mərkəzi Seçki Komissiyasının veb səhifəsində, “Seçki Xəritəsi” bannerində yerləşdirilib.

Seçki administrasiyası sizi bir daha fəal olmağa və Vahid Seçici Siyahısındakı məlumatları yoxlamağa çağırır. Özünüzün və ya ailə üzvlərinizin məlumatlarında hər hansı qeyri-dəqiqlik aşkar etsəniz, dəyişiklik etmək üçün seçki administrasiyası və ya Dövlət Xidmətlərinin İnkişafı Agentliyi ilə əlaqə saxlayın. Əlavə məlumat üçün Mərkəzi Seçki Komissiyasının Kontakt Mərkəzi ilə 2 51 00 51 nömrəsi vasitəsilə əlaqə saxlayın”, – Natia İoseliani bildirib.