Mövlut Çavuşoğlu - Türkiyə Yunanıstanın ərazi sularının Egey dənizində 1 mil belə genişlənməsinə icazə verməyəcək
Mövlut Çavuşoğlu - Türkiyə Yunanıstanın ərazi sularının Egey dənizində 1 mil belə genişlənməsinə icazə verməyəcək

 

Türkiyə Yunanıstanın ərazi sularının Egey dənizində 1 mil belə genişlənməsinə icazə verməyəcək-bu barədə Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlu açıqlayıb.

“Yunanıstana bir daha xəbərdarlıq edirik. Sizə arxa dura biləcək insanlara güvənərək, saxta qəhrəmanlığa qapılmayın. Avantürya axtarmayın. Bunun sizin üçün sonu yaxşı olmayacaq”- deyə Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri açıqlayıb.

1995-ci ilin Türkiyə bəyannaməsi Yunanıstanın Egeydəki ərazi sularını 6 mildən çox artıracağı təqdirdə parlamentin hökumətə Türkiyənin maraqlarını qorumaq üçün bütün səlahiyyətləri, o cümlədən hərbi səlahiyyətləri verəcəyini nəzərdə tutur.

Bundan əvvəl Afinanın Krit adasının ətrafındakı ərazi sularını 12 dəniz milinə qədər genişləndirməyi planlaşdırması ilə bağlı məlumat yayılmışdı.