Mövlud Çavuşoğlu – Avropa İttifaqı, aparıcı üzv ölkələr öz yanaşmasını əsaslı şəkildə dəyişməlidir, genişlənmə prosesi təkcə namizəd ölkələr üçün deyil, həm də Avropa İttifaqı üçün vacibdir

13:58, 11.04.2025

Genişlənmə prosesi təkcə namizəd ölkələr üçün deyil, həm də Avropa İttifaqı üçün, xüsusən də bugünkü dünyada vacibdir, – bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya Diplomatiya Forumunda bildirib.

“Avropa İttifaqının aparıcı ölkələri və Avropa İttifaqının özü, faktiki olaraq, öz yanaşmasını azca deyil, əsaslı və tamamilə dəyişməlidir. Genişlənmə prosesi təkcə namizəd ölkələr üçün deyil, həm də Avropa İttifaqı üçün, xüsusən də bugünkü dünyada vacibdir”, – Çavuşoğlu bildirib.

Türkiyədə, Antalya Diplomatiya Forumu keçirilir. 2025-ci ilin forumunun əsas mövzusu “Parçalanmış dünyada diplomatiyanın bərpası”dır. Forum çərçivəsində keçirilən panel müzakirəsi – “Çoxqütblü dövrdə tərəfdaşlıq” mövzusunda Gürcüstanın baş naziri İrakli Kobaxidze çıxış edib.

Oxşar