Mövlud Çavuşoğlu Türkiyənin İsraillə diplomatik münasibətləri bərpa etmək qərarını verdiyini bildirir
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin İsraillə diplomatik münasibətləri bərpa etmək qərarını verdiyini bildirir.
Türkiyənin İsraildəki tamhüquqlu səfirinin namizədliyi yaxın gələcəkdə təqdim ediləcək.
“İsrailə səfir təyin olunması ilə bağlı qərar qəbul edilib və bu məsələyə İsrail tərəfdən də müsbət cavab verilib. Tezliklə namizədliyimiz prezidentə təqdim olunacaq” – deyə Çavuşoğlu bildirib.
İsrail də Türkiyə ilə diplomatik əlaqələrin bərpasını müsbət qiymətləndirir. Prezident İtshak Hersoq bunun iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyini bildirir.
2010-cu ildə İsrail xüsusi təyinatlılarının Türkiyədən Qəzza zolağına gedən gəmidə əməliyyata başlaması və nəticədə səkkiz Türkiyə vətəndaşı və bir türk əsilli Amerika vətəndaşının həlak olması ilə Türkiyə ilə İsrail arasında münasibətlər pisləşmişdi.