Mövlud Çavuşoğlu Ermənistanı təxribatları dayandırmağa və diqqəti sülh danışıqlarına yönəltməyə çağırır

11:44, 13.09.2022

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanı təxribatları dayandırmağa və diqqəti sülh danışıqlarına yönəltməyə çağırır.

Bu barədə Mövlud Çavuşoğlu “Twitter”də yazır.

” Azərbaycanın xarici işlər naziri qardaşım Ceyhun Bayramovla Azərbaycan-Ermənistan dövlət sərhədində erməni təxribatlarını müzakirə etdik. Ermənistan təxribatlara son qoymalı və Azərbaycanla sülh danışıqları və əməkdaşlığa diqqət etməlidir”- deyə Çavuşoğlu yazır.

Ermənistanla Azərbaycan sərhədində gecə yarısı başlayan qarşıdurma gecə boyu davam edib. Tərəflər eskalasiyaya görə bir-birini günahlandırır. Ermənistan Azərbaycanı yaşayış məntəqələrinə və mülki infrastruktura atəş açmaqda ittiham edir, Azərbaycan tərəfi bunu təkzib edir. Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin diversiya qruplarını Azərbaycan ordusunun mövqelərini atəşə tutmaqda və sərhədyanı rayonları minalamaqda ittiham edir.

Oxşar