Mövlud Çavuşoğlu – Cənubi Qafqazda daimi sülh yalnız Ermənistan və Azərbaycan arasında hərtərəfli və daimi sülh sazişi ilə əldə edilə bilər
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu türk mətbuatına müsahibəsində Ermənistanla münasibətlərin normallaşması prosesindən danışıb.
Çavuşoğlu, Türkiyənin Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olmasına çalışdığını bildirib.
“Azərbaycanın qələbəsindən sonra biz Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması üçün addımlar atırıq. Məsələn, Ermənistana uçuşların bərpası və s. Ticarət sahəsində müəyyən addımlar atılıb. Bizim apardığımız bu prosesə Azərbaycanla Ermənistan arasında gedən prosesdən ayrı baxılması real yanaşma deyil. Cənubi Qafqazda daimi sülh yalnız Ermənistan və Azərbaycan arasında hərtərəfli və daimi sülh sazişi ilə əldə edilə bilər. Azərbaycan bu təklifi etdi, Ermənistan cavab vermədi. Sərhəd məsələləri üzrə birgə komissiya yaradılıb, bu proses başa çatmalıdır” -deyə Çavuşoğlu bildirib.