Mövcud olan məlumata görə, baş prokurorluq Marneuli merini həbs edip
Mövcud olan məlumata görə, baş prokurorluq Marneuli merini həbs edip

Birinci Kanalın məlumatına görə, Marneuli meri Temur Abbazov həbs edilib.

Abbazov dünən gecə saatlarında prokurorluqda sorğudaydı, ondan sonra isə, Birinci Kanalın əldə etdiyi məlumata görə, prokurorluq onu həbs etməyə qərar verdi.

Baş prokurorluqda bu məsələ ilə bağlı şərh verilmir.

Marneuli icra hakimiyyətində iş günü saat 09:00-da başlayır. Birinci Kanalın jurnalistinin məlumatına görə, Abbavoz səhərdən işə gəlməyib. Onun mobil telefonu da qapalıdır.

Marneuli merinin müavini Kaxa Lobjanidze Birinci Kanala məlumat verdi ki, Temur Abbazov bu gün işə gəlməyib.

Onun harda olduğu barədə suala Lobjanidze cavab verir ki, merin işi ilə bağlı, hansısa kəndə gedə biləcəyini düşünür və onun həbs edildiyi barədə heç bir məlumatı yoxdur.

Kaxa Lobjanidzenin dediyinə görə, o ən son Marneuli merini dünən saat 18:00-da görüb.

Temur Abbazovun həbs edilməsi, ehtimala görə, Marneulidə baş verən faktla bağlıdır.

Marneuli vətəndaşı E.A.-ya qarşı qrup şəklində edilən qeyri-insani və işgəncə faktı ilə bağlı istintaq aparır.