Mövcud məlumatlara əsasən təkcə dekabr ayında Çində 250 milyona qədər insan “Covid-19″a yoluxub

14:28, 24.12.2022

 

Çində yalnız dekabr ayında 250 milyona qədər insan “Covid-19″a yoluxub-ölkənin Milli Səhiyyə Agentliyinin mediada gizli şəkildə ictimailəşdirilmiş daxili qiymətləndirmələrində bu göstəricilər təsvir edilib.

“CNN” yaydığı məlumatda qeyd etdiyi kimi, əgər bu məlumatlar doğrudursa, bu, ölkə əhalisinin təxminən 18 faizinin yoluxduğu mənasına gəlir və bu, pandemiyanın indiyədək qlobal miqyasda ən geniş yayıldığı haldır.

Medianın yazdığı kimi, sözügedən hesabat Çin Milli Səhiyyə Komissiyasının daxili iclasında təqdim edilib.

Gizli şəkildə ictimailəşdirildikdən sonra “Financial Times” və “Bloomberg” göstəricilərlə tanış olublar, onların yaydığı məlumatda bir gündə infeksiyaların sayının dekabrın 20-də 37 milyona çatdığı, lakin hakimiyyətin yalnız 3,049 yeni yoluxma halının qeydə alındığını açıqladığı deyilir.

Ümumilikdə isə dekabrın 1-dən 20-i də daxil olmaqla hakimiyyət 250 milyonadək yoluxma halı əvəzinə, sadəcə 62,592 yoluxma halının qeydə alınması barədə açıqlayıb.

Oxşar