Mövcud məlumata görə, Rusiyada səfərbərlik əleyhinə keçirilən aksiyalar zamanı azı 370 nəfər saxlanılıb
Rusiyada səfərbərlik əleyhinə keçirilən aksiyalar zamanı azı 370 nəfər saxlanılıb.
Bu barədə “BBC” Rusiyada “xarici agentlər” siyahısına daxil edilən rus hüquq müdafiəçilər qrupuna istinadən məlumat yayır.
Ovd-info Sankt-Peterburqda 96, Moskvada 89, Yekaterinburqda 45 nəfər saxlanılmaqla Rusiya miqyasında hazırda 370 nəfərin saxlanılması barədə məlumat yayır.
Hüquq müdafiəçiləri qrupu həbs zamanı polisin güc tətbiq etdiyini bildirir. Onların sözlərinə görə, aksiyalar indiyədək davam edir, bu isə saxlanılanların sayının artacağı deməkdir.
Rusiya prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib. Vladimir Putin xüsusi videomüraciətində qeyd edib ki, Rusiya Müdafiə Nazirliyinin təşəbbüsünə uyğun olaraq sentyabrın 21-dən Rusiya ərazisində qismən səfərbərlik başlayacaq.