Mövcud məlumata əsasən, Qəzza zolağı istiqamətində hərəkət edən humanitar yardım daşıyan gəmiyə hücum olub, gəmi bata bilər, gəmidə 30 fəal da var

13:15, 02.05.2025

Malta sahili yaxınlığında Qəzza zolağı istiqamətində hərəkət edən humanitar yardım daşıyan gəmiyə hücum olub, gəmidə fəallar da var, – bu barədə “Flotilla Freedom Coalition” beynəlxalq qeyri-hökumət təşkilatında bildiriblər.

Hadisə bu gün səhər saatlarında baş verib.

Təşkilat gəmilərdən birində yanğının baş verdiyini əks etdirən video yayımlayıb, lakin hücuma kimin cavabdeh ola biləcəyi göstərilməyib, həmçinin, xəsarət alanlar barədə məlumat yaymayıb.

“Dronla hücumun xüsusi olaraq gəminin generatoruna yönəldiyi görünür və gəmi indi bata bilər. Gəmidə 30 beynəlxalq hüquq müdafiəçisi fəalı var”, – QHT-nin bəyanatında deyilib.

Oxşar