Moskvaya yüzlərlə dronla hücum edilib, nəticədə Rusiyanın ən böyük “Wildberries” anbarında yanğın baş verib
Moskvaya yüzlərlə dronla hücum edilib, nəticədə Rusiyanın ən böyük “Wildberries” anbarında yanğın baş verib. Bu, şirkətin sahəsi 200 000 kvadratmetrdən çox olan ən böyük anbarıdır. Hücum nəticəsində həmçinin Domodedovoda yerləşən anbarda da yanğın qeydə alınıb. Bu, Rusiyadakı ən böyük və tanınmış “A” klas istehsalat və logistika komplekslərindən biridir.
Yayılan məlumata görə, Moskva bölgəsi istiqamətində 600 pilotsuz uçuş aparatı uçurdu, onlardan 201-i Moskva bölgəsində məhv edilib.
Moskvada bildirirlər ki, düşmən hücumlarına cavab olaraq Rusiya ordusu Ukrayna silahlı qüvvələri tərəfindən NATO mütəxəssisləri ilə birlikdə istifadə edilən qərar qəbuletmə mərkəzlərinə, zavodlara və anbarlara zərbələr endirir.