Moskvada son 24 saat ərzində 38 insan həlak oldu

11:42, 26.04.2020

Rusiya paytaxtı, Moskvada son 24 saat ərzində 38 insan həlak oldu. Məlumatı rus mediası yayır. Moskvada “COVID-19” virusu ilə həlak olanların sayı artıq 400-ü aşdı.

17 apreldən sonra Rusiya paytaxtında, bir gün ərzində virus nəticəsində 20-dən artıq ölüm halı qeydə alınır.

Virusun yayılmasından bu günə qədər, Rusiyada “COVID-19” virusunun 74 588 halı qeydə alınıb, 641 insan həlak olub, 6 000 insan sağalıb.

Oxşar